Futbol üzrə İspaniya La Liqasının 11-ci turu çərçivəsində baş tutan “Valensiya” ilə səfər oyunu “Atletiko”nun qapıçısı Yan Oblak üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan görüş Madrid klubunun qolkiperi üçün La Liqada 200-cü matç olub.
 
27 yaşlı futbolçu bunların 111-də qapısını toxunulmaz saxlamağı bacarıb ki, bu da yeni rekorddur.
 
Qeyd edək ki, “Atletiko”nun formasını geyinən qapıçılar arasında yalnız Abel Resino La Liqada Oblakdan çox oyun keçirib. O, bu komandada 243 oyun keçirib ki, onların da 94-də qapısını toxunulmaz saxlayıb.
 
Qeyd edək ki, ölkə çempionatında ardıcıl 6-cı qələbəsini qazanan “Atletiko”nun məğlubiyyətsiz oyunlar seriyası 25-ə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest