Qeyd edək ki, noyabrın 28-də keçirilməli olan "Sumqayıt" - "Qəbələ" matçı təxirə salınıb. "Qəbələ" Azərbaycan Premyer Liqasında koronavirus xəstəliyi aşkarlanmayan yeganə komanda idi.

Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" klubunun bəzi futbolçularının koronavirus testi müsbət olub.
 
Matc.az xəbər verir ki, bu barədə “Report”a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.
 
O bildirib ki, bir neçə oyunçu özlərini narahat hiss edib və daha sonra test nəticələri müsbət olub: “Bu barədə Peşəkar Futbol Liqasına məlumat verilib. Təkrar testə ehtiyac var. 7-8 oyunçunun testi müsbət çıxıb. Adları açıqlaya bilmərəm, buna ehtiyac yoxdur. Birlikdə məşq etdikləri üçün bütün komandadan təkrar test götürüləcək. Yoluxan oyunçularda simptomlar var və ilk test də müsbət olub”.
 
Qeyd edək ki, noyabrın 28-də keçirilməli olan "Sumqayıt" - "Qəbələ" matçı təxirə salınıb. "Qəbələ" Azərbaycan Premyer Liqasında koronavirus xəstəliyi aşkarlanmayan yeganə komanda idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest