"Ayaks"ın futbolçuları Matteys de Liqt və Frenki de Yonq "Barselona"ya keçməyə yaxındılar. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Hollandiya klubunun idman direktoru Mark Overmars deyib.

O bildirib ki, adıçəkilən oyunçular Kataloniya klubunun formasını geyinmək arzusundadılar: "Barselona" fantastik klubdu. Onların möhtəşəm heyətləri var. Messi ilə komanda yoldaşı olmaq arzusu Matteys və Frenkinin bu kluba keçməsi üçün səbəb ola bilər. Onlar hələ ötən mövsümün sonunda da "Barselona"ya keçə bilərdilər, ancaq qalmaq qərarına gəldilər. Fikrimcə, de Liqt və de Yonq "Barselona"da oynamaq istəyir".

Qeyd edək ki, mərkəz müdafiəçisi Matteys de Liqt və yarımmüdafiəçi Frenki de Yonqla bir neçə Avropa nəhəngi   maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest