Almaniyanın "Bavariya" klubunun kapitanı Manuel Noyer ardıcıl qələbə rekordu müəyyənləşdirib.
 
Matc.az xəbər verir ki, o, UEFA çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Zalsburq"la (Avstriya) qarşılaşmada buna nail olub.
 
Komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüş Noyerin ardıcıl 15-ci qələbəsi olub. Bununla da o, İtaliyanın "Yuventus" klubunun hücumçusu Kristiano Ronaldonun rekordunu qırıb. Portuqal futbolçu 2013/14 və 2014/15 mövsümlərində İspaniya "Real"ında olarkən ardıcıl 14 qələbəyə sevinib.
 
Qeyd edək ki, qrupda keçirdiyi 4 oyunun hamısında qələbə qazanan "Bavariya" 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest