Dünən vəfat edən Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün, Bakı vaxtı ilə saat 13:00-da başlayacaq mərasim Kasa Rosada yerləşən prezident sarayında olacaq. 
 
Argentina hökuməti, Maradona ilə vida mərasimində 1 milyona yaxın insanın olacağını proqnozlaşdırır. Koronavirus pandemiyasına görə insanların çoxluğu nəzərə alınaraq, mərasimin bir neçə gün davam etməsi gözlənilir.
 
Kasa Rosadakı Prezident Sarayında sonuncu dəfə 10 il əvvəl keçmiş Argentina prezidenti Nestor Kirşner ilə vida mərasimi keçirilmişdi.
 
Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest