İngiltərənin "Bernli" klubu hücumçuları Cey Rodriqes və Matey Vıdra ilə müqavilələrin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Hər iki futbolçu ilə müddəti 2022-ci ilin yayında başa çatacaq müqavilə imzalanıb.
 
Qeyd edək ki, Vıdra "Bernli"də 2018-ci, Rodriqes isə 2019-cu ildən forma geyinir. çexiya millisinin də üzvü olan Vıdra, əvvəllər İngiltərədə "Derbi Kaunti", "Ridinq", "Uotford", "Vest Bromviç" klublarında da forma geyinib. 28 yaşlı futbolçu "Udineze", "Brügge", "Banik Ostrava", "Vısoçina" komandalarının da uğurları üçün çalışıb. 31 yaşlı ingilis hücumçu Rodriqes isə "Vest Bromviç", "Sauthempton", "Barnsli" komandalarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest