“Globe Soccer Awards” öz saytında 2020-ci ili ən yaxşı futbolçu, məşqçi və klub üçün namizədlərini açıqlayıb.
 
Matc.az xəbər verir ki, namizədlərin siyahısı aşağıda qeyd olunan kimidir:
 
Ən yaxşı oyunçular: Çiro İmmobile ("Latsio"), Kriştiano Ronaldo ("Yuventus"), Kərim Benzema ("Real"), Lionel Messi ("Barselona"), Markinyos (PSJ), Robert Levandovski ("Bavariya"), Sadio Mane ("Liverpul"), Serj Qnabri ("Bavariya").
 
Ən yaxşı klublar: "Bavariya", "Yuventus", "Liverpul", PSJ, "Real", "Sevilya"
 
Ən yaxşı məşqçilər: Can Pyero Qasperini ("Atalanta"), Hansi Flik ("Bavariya"), Xulen Lopeteqi ("Sevilya"), Yurgen Klopp ("Liverpul"), Tomas Tuxel (PSJ).
 
Mükafat Avropa Klubları Birliyi və Avropa Agentlər Birliyi tərəfindən təşkil olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest