Bəzi futbolçuların COVİD-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış "Sabah" - "Səbail" oyununun vaxtı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sözügedən görüş noyabrın 23-də keçiriləcək.
 
Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
 
Masazırda "Bank Respublika Arena"da baş tutacaq oyuna saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest