İspaniyanın "Atletiko" klubu daha bir futbolçusunu itirib.
 
Matc.az xəbər verir ki, Madrid klubunun müdafiəçisi Manuel Sançes zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçunun bud əzələsindən zədə aldığı bildirilir. Onun sağalacağı vaxtla bağlı məlumat verilməyib. Amma onun qarşıdakı "Barselona" ilə oyunda iştirak etməyəcəyi dəqiqdir.
 
Qeyd edək ki, "Atletiko" "Barselona" ilə noyabrın 21-də qarşılaşacaq. Bu oyunda Madrid klubunun hücumçuları Luis Suares və Lukas Torreyra da forma geyinə bilməyəcək. Koronavirusa yoluxan hər iki futbolçu qarşıdakı görüşü buraxmaq məcburiyyətində qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest