"Mançester Yunayted" uğursuz çıxışını davam etdirir. Premyer Liqanın XVII turunda "Liverpul"a məğlub olan "qırmızı şeytanlar" Premyer Liqada son 28 ilin ən pis nəticəsini göstərib.

"Mankunianlar" 1990-91 mövsümündə olduğu kimi, 17 turdan sonra aktivinə cəmi 26 xal yazdıra bilib. Digər antirekord isə buraxılan qol sayına görədi. Belə ki, komanda bu mövsüm 29 dəfə mərkəzə dəvət edilib. Mançesterlilər halbuki ötən mövsüm 38 oyunda 28 qol buraxmışdılar.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır və lider "Liverpul"dan 19 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest