AFFA və Türkiyənin məşhur geyim brendi D’S Damat arasında sponsorluq müqaviləsinin imzalanması razılaşdırılıb. Matç.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, imzalama mərasimi yaxın günlərdə keçiriləcək.

Müqavilə çərçivəsində D’S Damat şirkətinə Azərbaycan millisinin iştirak etdiyi UEFA Millətlər Liqası və Avropa çempionatının seçmə mərhələsinin ev oyunlarında marketinq hüquqları təqdim ediləcək. Həmçinin D’S Damat yığmanın üzvlərini və AFFA-nın əməkdaşlarını kostyumlarla təmin edəcək.

2002-ci ildən etibarən D’S Damat kişi geyim bazarının lideri olmaqla bərabər, rəqabətədavamlı qiymətlərlə keyfiyyət, rahatlıq və dizayn təqdim edir. D’S Damat 100 faiz yerli parçalardan hazırlanan geniş və dünya standartlarına uyğun olan kolleksiyaları, yüksək uyğunluğa malik texnologiya ilə rahatlığı birləşdirən dizaynları ilə dünyanın ən çox danışılan brendinlərindən birinə çevrilib.

D’S Damat dünya üzrə 200-dən çox mağazası ilə kişi geyimlərində vərdişləri dəyişməyə davam edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest