İspaniya La Liqa2-də XVIII tura yekun vurulmaq üzrədi. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov bu tur qolla yadda qalıb.

Onun komandası "Alkorkon" "Osasuna"nın qonağı olub. Start heyətində meydana daxil olan Eddi 53-cü dəqiqədə hesabı açsa da, komandası bunu qoruya bilməyib. Nəticədə son 20 dəqiqədə 2 top buraxan "Alkorkon" meydanı məğlub tərk edib - 1:2. Oyunun 44-cü dəqiqəsində sarı vərəqə alan İsrafilov 83-cü dəqiqədə əvəzlənib.

Bu məğlubiyyət 33 xalla 4-cü pilləyə düşən "Alkorkon"un lider "Qranada"dan 4 xal geri qalmasına səbəb olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest