"Mançester Yunayted" yarımmüdafiəçisi Pol Poqba ilə bağlı yekun qərarını verib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızı şeytanlar" fransalının komandadan ayrılmasına çalışacaq.

Premyer Liqa təmsilçisi Poqbanı saxlamaq niyyətində idi. Lakin baş məşqçi Joze Mourinyo ilə yola getməyən ulduz futbolçunun satılması qərara alınıb. çalışdırıcı ilə tez-tez mübahisə edən Poqba artıq yanvarda klubunu dəyişə bilər. İngilislər onun üçün gələcək təklifləri dəyərləndirməyə hazırdı.

Qeyd edək ki, Pol Poqba "Yuventus" və "Barselona"nın diqqət mərkəzindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest