Almaniya II Bundesliqasında XVII tura yekun vurulmaq üzrədi. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov bu tur meydana çıxıb.

Onun şərəfini qoruduğu "Aue" doğma azarkeşləri önündə "Darmştadt"ı qəbul edib. Oyuna ehtiyatdan başlayan Nazarov 57-ci dəqiqədə hesab 1:0 olarkən meydana daxil olub. Bir qədər sonra "Aue" üstünlüyü 2 topa çatdırsa da, bunu qoruya bilməyib. 3 dəqiqə ərzində 2 qol vuran "Darmştadt" səfərdən 1 xalla dönməyə müvəffəq olub - 2:2

Bu bərabərlikdən sonra hər iki komandanın aktivində 19 xal var. "Aue" 18 klub arasında 12-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest