İlkin Muradov "Zirə"də qol hesabını açıb. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, 22 yaşlı futbolçu ilk qolunu Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Səbail"lə ilk matçında vurub.

Bu qolla komandaya 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi özünün 33-cü oyununda fərqlənib.

Muradov "Zirə"nin tarixinə rəqib qapısına qol vuran 51-ci futbolçu kimi düşüb. O, bunu Azərbaycan kubokunda gerçəkləşdirən 8-ci "Zirə"lidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest