"Barselona" yarımmüdafiəçi Usman Dembelenin nizam-intizama əməl etməsi üçün ona müxtəlif qadağalar qoymağa başlayıb. Matç.az saytının "Marca"ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi gənc futbolçunun səhər məşqə gecikməməsi üçün ilk addımını atıb.

Belə ki, klub fransalı ulduz futbolçuya gecə smartfondan istifadəni qadağan edib. Rəhbərlik bununla Dembelenin daha erkən yatacağını və məşqə də gecikməyəcəyini düşünür. 21 yaşlı hücumameyilli futbolçu bu qaydaları pozacağı təqdirdə, sərt şəkildə cəzalandırılacaq.

Qeyd edək ki, Usman Dembele bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 9 qol, 5 məhsuldar ötürmə ilə diqqət çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest