Bu gün futzal üzrə Yüksək Liqada X turdan təxirə salınmış oyun keçirilib. Matç.az saytı xəbər verir ki, çempionluğa iddialı "Neftçi" İK debütant "Liman"la qarşılaşıb. Son iki oyunda ardıcıl məğlubiyyətləri sıralayan "Neftçi" görüşə yeni baş məşqçi Hacıbala Abdullazadənin rəhbərliyi altında çıxıb. Erkən qollarla oyuna başlayan komanda yekunda böyükhesablı qələbə qazanıb.

 

Yüksək Liqa

X turdan təxirə salınan oyun

"Neftçi" İK – "Liman" 14:1

16 dekabr. Olimpik Star. Saat 13:30

Hakimlər: Azər Əsgərov, Mehman Mahmudov, Kənan Məlikov

Qollar: R. Balakişiyev, 00:29, 03:29, 17:46, 33:36, 37:10, V. Xocayev, 08:42, A. Abdollahi, 14:54, M. Katebi, 19:24, O, Baxşalızadə, 21:37, 23:22, 28:46, 33:27, 35:45, T. İsmayılov, 36:48 // S. M. Musevi, 38:40

Sarı vərəqələr: E. Əliyev, 22:20, Mahir Dünyamalıyev, 38:10

Qırmızı vərəqə: E. Əliyev, 22:25 (ikinci sarı)

"Neftçi" İK: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 8. Vahib Xocayev, 94. Oruc Baxşalizadə, 14. Vitali Borisov, 17. Tural İsmayılov, 6. Muhammed Katebi, 4. Ali Abdollahi

Baş məşqçi: Hacıbala Abdullazadə

"Liman": 12. Seyid Əhməd Yaqubi (q), 11. Seyid Muhammed Musevi, 4. Paşa Tanıverdiyev, 5. Mahir Dünyamalıyev, 2. Elşəvər Əliyev, 10. Camal Mahmudov

Rəhbər: Fariz Əkbərov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest