Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Kristian Puluşiç İngiltərəyə köçə bilər. Matç.az saytının "Daily Mail"ə istinadən məlumatına görə, "çelsi" gənc futbolçunu heyətinə qatmaqda maraqlıdı.

London təmsilçisi bu keçidi gələn ay reallaşdırmaq niyyətindədi. Bu məqsədlə də almanlarla danışıqlara start verilib. "Zadəganlar" 20 yaşlı oyunçunun müqabilində Dortmund təmsilçisinə 60 milyon avro təklif edib. "çelsi"nin baş məşqçisi Mauritsio Sarrinin bəyəndiyi ABŞ millisinin üzvü özü də bu kluba keçməkdə maraqlıdı.

Qeyd edək ki,  Kristian Puluşiçin "Borussiya" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest