"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov "Sumqayıt"la ölkə kubokunun 1/4 final qarşılaşması ilk oyunundan sonra (0:2) matç.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsiniz?

- Yaxşı başlamadıq, iki qol buraxdıq. Sonradan imkanlarımız olsa da, qol vura bilmədik. Bu qarşılaşmanı iki hissə olaraq dəyərləndirirəm, hələ ilk hissə geridə qalıb. Cavab matçında yaxşı olacağını düşünürəm.

- "Neftçi" heç özünə oxşamırdı. Əvvəlki oyunlardakı kim qol vəziyyətləri yarada bilmirdiniz, komanda istəkli görsənmirdi. Nə baş verir?

- Rəqib oyuna çox ciddi hazırlaşmışdı. Əsas bu amil bizə mane olurdu.

- Son iki oyunda bu rəqiblə qarşılaşmısınız. çempionatda 0:0, bu dəfə 0:2. Komandada eniş dövrü başlayıb?

- Belə deməzdim. Heç bir komanda bütün oyunlarda qalib gələ bilməz. Məncə, eniş dövrü deyil. İkinci oyunda əlimizdən gələni edib lazım olan nəticəni qazanacağıq.

- çempionatdakı oyundan sonra hiss edirdinizmi ki, kubokda da bu rəqibə qarşı çətinliklə üzləşəcəksiniz...

- "Sumqayıt" yaxşı komandadı. çox əla müdafiə olunurlar.

- Bu gün tribunada "Forza Neftçi"nin yoxluğu nə dərəcədə hiss olunurdu?

- Fanatlarımızın oyunda olmamağı ümumi atmosferə təsir eləsə də, nəticəni ona bağlamazdım. Müəyyən təsiri var, amma onların yoxluğu qlobal problem deyil.

- Cavab oyunu öncəsi "Neftçi"nin turu keçmək şansı nə qədərdi?

- Əsas odur ki, oyuna psixoloji cəhətdən düzgün hazırlaşaq. Belə olarsa, komanda yoldaşlarıma inanıram və mərhələ keçəcəyimizi düşünürəm.

- Karikari keçən oyundan sonra müsahibəsində demişdi ki, oynamamağımın əsas səbəbi Mirabdulladır. Bu fikrə münasibətin necədir?

- Nə deyim? Sevindirici haldır ki, belə fikirləşir.

- "Qarabağ" Avroliqada çıxışını başa vurdu. Qışdan sonra rəqabətin daha güclənəcəyini gözləyirsiz?

- Ola bilər, amma düşünürəm ki, "Qarabağ"ın onsuz da geniş heyəti var idi və müxtəlif cəbhələrdə mübarizə aparacaq gücdədi. Ona görə çox da fərq etməyəcəyini düşünürəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest