İtaliyanın "Roma" klubu Fil Dişi Sahili yığmasının futbolçusu Seku Sanoqonun xidmətində maraqlıdı. Matç.az xəbər verir ki, paytaxt təmsilçisi İsveçrə "Yanq Boyz"unun yarımmüdafiəçisini qış transfer pəncərəsində əldə etmək istəyir.

Klubun idman direktoru Ramon Monçi bu keçidlə şəxsən məşğul olur. 2021-ci ilin yayına qədər İsveçrə klubuna bağlı olan 29 yaşlı afrikalının transferi "Roma"nın yeganə istəyi deyil.

İtaliyalılar Dortmund "Borusssiya"sında 23 yaşlı yarımmüdafiəçi Yulian Vayqlla da maraqlanır. Bu iki oyunçu "Roma"nın orta sahəsini gücləndirməlidi.

Qeyd edək ki, A seriyasının 15 turundan sonra romalılar 21 xalla 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest