İspaniyanın "Barselona" klubu danimarkalı müdafiəçi Andreas Kristenseni heyətinə qatmaq istəyir. Matç.az xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərə "çelsi"sinə futbolçu ilə bağlı təklif göndərib.

Barselonanın eyniadlı klubu 22 yaşlı müdafiəçini qış transfer pəncərəsinin əsas hədəfi hesab edir. İspaniyalıların təklifinin "çelsi" tərəfindən müsbət dəyərləndirilməyəcəyi iddia olunur. Lakin bu keçid baş tutsa, Kristensen zədəli Samuel Umtitini əvəzləməlidi.

Qeyd edək ki, danimarkalı cari mövsümdə Premyer Liqada cəmi 1 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest