Argentinalı Qonsalo İquain klubunu dəyişə bilər. Matç.az saytı xəbər verir ki, İtaliyanın "Milan" klubu hücumçunu heyətində saxlamaq fikrində deyil.

UEFA-nın sanksiyaları ilə üzləşən Milanın eyniadlı təmsilçisi 31 yaşlı futbolçunu transferindən boyun qaçırmağa məcburdu. ötən yay "Yuventus"dan 18 milyon avroya icarəyə götürülən İquainı almaq üçün daha 36 milyon ödənməlidi. Bu isə italiyalılar üçün artıq sərfəli deyil. Hələ "Napoli"dən futbolçunu yaxşı tanıyan Maurisio Sarrinin onu "çelsi"də görmək istədiyi bildirilir. London klubunun yayı gözləmədən elə qışda bu keçidi həll etməsi gündəmə gəlib.

Qeyd edək ki, Qonsalo cari mövsümdə 18 oyunda 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest