Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2021-22-ci il lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda bəzi mövzular haqqında ətraflı məlumat verilib:
 
- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
 
- ötən mövsümün icmalı
 
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı
 
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest