UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunlarında baş verən bəzi xoşagəlməz hadisələrlə bağlı iş açıb. Matç.az saytı xəbər verir ki, bu qarşılaşmalar arasında Azərbaycan çempionu "Qarabağ"ın İngiltərədə "Arsenal"a qarşı görüşü də var.

Londondakı matçın sonlarında meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin "bayrağı" ilə daxil olan erməni azarkeşin hərəkəti qurumun diqqətindən yayınmayıb. UEFA-nin İntizam Komitəsi bu məsələni araşdırmağı zəruri hesab edib. Meydan sahiblərinin buna görə cəzalanacağı şübhə doğurmur.

Lakin qurum təkcə meydana daxil olan azarkeşə görə deyil, həm matçın gec başlamasını üzündən araşdırma aparacaq. Oyunun yubanma ilə start götürməsinin səbəbləri və səbəbkarlarını da araşdıracaq.

Hər iki məsələ ilə bağlı qərar UEFA-nın 2019-cu il fevralın 21-da keçiriləcək iclasında qərar veriləcək.

Qurum "Olimpiakos", "Milan" və "Ayntraxt"a qarşı da iş açıb. Hər üç komanda ilə bağlı qərar 2019-cu il yanvarın 10-da veriləcək. Klubların üçünü də azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə cəza gözləyir.

Eyni zamanda yunan klubu azarkeşlərin meydana daxil olması, həmçinin pilləkənlərin arasını bağlamaq üçün də cavab verməli olacaq. "Ayntraxt" fanatların meydana daxil olması, arenaya kənar əşyalar atması üçün də cəzalandırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest