Almaniyanın "Verder" klubu müdafiəçisi Kristian Qrossla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
31 yaşlı alman futbolçu ilə yeni müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Qross 2019-cu ilin yayından "Verder"də çıxış edir. Peşəkar karyerasına "Hamburq"da başlayan futbolçu, sonralar "Babelsberq", "Sportfrunde Lotte", "Osnabryuk" klublarının da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest