İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, ən yaxşı mütəxəssis "Nyukasl"ın çalışdırıcısı Rafael Benites seçilib.

Geridə qalan ayda "sağsağanlar" onun rəhbərliyi altında keçirdiyi 3 oyunda 3 qələbə qazanıblar. "Mançester Siti" Pep Qvardiolanın rəhbərliyi altında eyni uğuru əldə etsə də, Benites həmkarından çox səs toplayıb.

Noyabrın ən yaxşı futbolçusu adına isə "Tottenhem"in yarımmüdafiəçisi Hyun-Min Son layiq görülüb. Ay ərzində londonlular keçirdikləri hər 3 görüşdə qələbə qazanıbsa, Son 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest