"Milan"ın baş məşqçisi Cennaro Qattuzo Avropa Liqasındakı uğursuzluğu şərh edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, son turda "Olimpiakos"a məğlub olan "rossonyerlər" 1/16 final mərhələsinə yüksələ bilməyib.

Oyunsonrası mətbuat konfransında görüşü dəyərləndirən Qattuzo məğlubiyyətə layiq olduqlarını etiraf edib: "çox məyusuq. Oyun öz əlimizdə idi. Ancaq komanda 8 möhtəşəm qol vəziyyətindən sonra geriləyirsə, deməli, bir şeylər düz getmir. Bu üzdən turnirdən kənarda qalmağa layiq idik. Biz üstünlüyü hesabda əks etdirəcək qədər yaxşı olmadığımızı göstərdik. Bəli, oyun zamanı mübahisəli hakim qərarları oldu. Ancaq problemlər yarandığı zaman komanda kobud səhvlər etməyə başlayırsa, evə dönməlidi. Belədə növbəti mərhələyə layiq deyilsən. Biz oyunu rəqibə hədiyyə etdik".

Qeyd edək ki, "Olimpiakos"a 1:3 hesabı ilə uduzan "Milan" qrupda 3-cü yeri tutub və avrokuboklarla vidalaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest