Avropa Liqasının qrup mərhələsinin son turunun rəmzi komandası açıqlanıb. Matç.az saytı xəbər verir ki, "11-liy"ə "Arsenal" – "Qarabağ" (1:0) qarşılaşmasından heç kim düşməyib.
Simvolik heyətdə ən çox futbolçu ilə "Bayer" və "Genk" təmsil olunub. Adıçəkilən komandaların hər birinin 3 üzvü turun rəmzi komandasında yer alıb.
Qapıçı: Andres Fernandes ("Vilyarreal");
Müdafiəçilər: Loik Neqo, Atilla Fiola (hər ikisi "MOL Vidi"), Josef Aido ("Genk"), Aleksandr Draqoviç ("Bayer");
Yarımmüdafiəçilər: İsmail Sarr ("Renn"), Dominik Kohr ("Bayer"), Sander Berge ("Genk"), İqor Staseviç (BATE);
Hücumçular: Lukas Alario ("Bayer"), Zino Qano ("Genk").