Futbol üzrə İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Vilyarreal” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Kadis”lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
 
Liderliyi əldən verən “Vilyarreal” 12 xalla 4-cü pillədə qərarlaşıb.
 
Xatırladaq ki, "Qarabağ"ın Avroliqanın qrup mərhələsinin 2-ci turunda oktyabrın 29-da "Vilyarreal"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest