Almaniya Bundesliqasının 5-ci turu çərçivəsində "Ayntraxt"a 5:0 hesabı ilə qalib gələn "Bavariya" ciddi itki ilə üzləşib.
 
Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubunun üzvü Alfonso Deyvis zədələnib. Oyunun ilk dəqiqələrində zədələnən yarımmüdafiəçi qarşılaşmanı davam etdirə bilməyib.
 
Sağ ayaq biləyindən zədələnən futbolçunun iki ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest