Uruqvaylı hücumçu Sebastian Abreu dünya futbol tarixinə düşüb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, klubunu dəyişərək buna nail olub.

Belə ki, 42 yaşlı oyunçu Braziliyanın "Rio Branko" klubuna keçib. Bu isə Abreunun karyerası ərzində 28-ci transferi olub və futbolçu yeni rekorda imza atıb.

Qeyd edək ki, Sebastian Abreu 1996-2012-ci illərdə Uruqvay millisinin heyətində 70 oyun keçirib, 26 qola imza atıb. O, 1995-ci ildən peşəkar futbolçu kimi fəaliyyət göstərir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest