Futzal üzrə Yüksək Liqanın X turundan təxirə salınmış oyunun başlama vaxtı müəyyənləşib. Matç.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, "Neftçi" İK ilə "Liman" arasındakı görüş dekabrın 16-da baş tutacaq.

Olimpik Starda keçiriləcək qarşılaşma 13:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest