Avrokubokların qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, son turda çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşma baş tutub ki, bunlar da siyahıda bəzi dəyişikliklərə səbəb olub.

İlk "yüzlük"dəki yeganə Azərbaycan klubu "Qarabağ"ın mövqeyi də dəyişib. İngiltərədə "Arsenal"a 0:1 hesabı ilə uduzan ölkə çempionu 3 addım geriləyib. Son tur öncəsi 64-68-ci yerləri bölüşən Qurban Qurbanovun yetirmələri 67-70-ci pillələrə bölüşür. Aktivində 22,000 xal olan komanda "Lester" (İngiltərə), "Feyenoord"la (Hollandiya) və "Valensiya"ya (İspaniya) şərikdi. Əvvəl eyni xala malik olan "Genk" isə təmsilçimizi arxada qoyub.

"Qarabağ" və qonşuları

63-64. PAOK (Yunanıstan) – 23,500
"Rapid" (Avstriya) – 23,500
65-66. "Styaua" (Rumıniya) – 23,000
"Sent-Etyenn" (Fransa) – 23,000
67-70. "Qarabağ" (Azərbaycan) – 22,000
"Feyenoord" (Hollandiya) – 22,000
"Lester" (İngiltərə) – 22,000
"Leypsiq" (Almaniya) – 22,000
71. "Qalatasaray" (Türkiyə) – 21,500
72. "Malmö" (İsveç) – 20,000

ölkəmizin digər klublarının mövqeyi dəyişməz qalıb. "Qəbələ" 163-cü, digərləri isə 273-cü yerə şərikdi.

Digər Azərbaycan klubları

163-164. "Qəbələ" (Azərbaycan) – 6,250
273-276. "Keşlə" (Azərbaycan) – 3,700
"Neftçi" (Azərbaycan) – 3,700
"Zirə" (Azərbaycan) – 3,700
"Kəpəz" (Azərbaycan) – 3,700

Avropa Liqasının başa çatan qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən yalnız "Vorskla"nın mövqeyi dəyişib. Ukrayna təmsilçisi bir pillə geriləyibsə, "Arsenal" və "Sportinq" mövqeyində qalıb.

"Qarabağ"ın rəqibləri

10. "Arsenal" (İngiltərə) – 86,000
31. "Sportinq" (Portuqaliya) – 49,000
147-152. "Vorskla" (Ukrayna) – 7,620

Avropanın 10 ən yaxşı klubunun siyahısında da dəyişikliklər olub. PSJ iki pilləlik irəliləyişlə 6-cı yerə qalxıb. Fransa çempionu "Sevilya" və "Mançester Siti"ni arxada qoyub.

İlk "onluq"

1. "Real" (İspaniya) – 144,000
2-3. "Barselona" (İspaniya) – 127,000
"Bavariya" (Almaniya) – 127,000
4. "Atletiko" (İspaniya) – 125,000
5. "Yuventus" (İtaliya) – 120,000
6. PSJ (Fransa) – 101,000
7-8. "Sevilya" (İspaniya) – 99,000
"Mançester Siti" (İngiltərə) – 99,000
9. "Porto" (Portuqaliya) – 90,000
10. "Arsenal" (İngiltərə) – 86,000

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest