"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən müəyyənləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "sarı-lacivərdlilər" Ərsun Yanalla anlaşıb.

Tərəflər arasında razılığa əsasən, təcrübəli çalışdırıcı ilə 1,5 illik müqavilə imzalanıb. 57 yaşlı mütəxəssisin məvacibi açıqlanmayıb. O, bu gündən komandanı məşqə çıxaracaq. Maraqlıdı ki, Yanal debüt oyununu doğum günündə - dekabrın 17-də "Ərzurumspor"a qarşı keçirəcək.

Qeyd edək ki, Ərsun Yanal 2013-14 mövsümündə "Fənərbaxça"nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest