Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, qrup mərhələsinin ilk turunun oyunlarından sonra bu ada Fransanın "Lill" komandasının türk yarımmüdafiəçisi Yusuf Yazıcı layiq görülüb.
 
Türkiyə yığmasının da üzvü olan futbolçu Çexiyada Praqa "Sparta"sına 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.
 
Qeyd edək ki, Avroliqada həftənin ən yaxşısı adına “Vilyarreal”ın futbolçusu Takofuso Kubo, “Benfika”dan Darvin Nunes və “Lester Siti”dən Keleçi İheanaço da namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest