Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən olan İsrailin "Makkabi" (Təl-Əviv) klubu heyətini yeni oyunçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Tanzaniyanın "Azam" komandasından Novatus Disması transfer edib.
 
Gənc oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
 
Qeyd edək ki, Novatus Dismas Tanzaniyanın U-21 yığmasının da üzvüdür.
 
"Makkabi" qrup mərhələsindəki ilk matçda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest