Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü tura yekun vurulub.

Futbol üzrə Azərbaycan I Divizionunda 3-cü tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
"Neftçi"nin əvəzediciləri bu turda MOİK-lə üz-üzə gəlib. Dörd qolun vurulduğu bu oyunda qalib müəyyənləşməyib. 
 
"Sabah"ın əvəzediciləri isə "Zaqatala" ilə ev oyunundan qalib ayrılıb.
 
I Divizion
III tur
21 oktyabr
 
Qarabağ-2 – Turan Tovuz 0:2
Qol: Elçin Qasımov, 64. Vidadi Cəfərov, 70.
Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Səbuhi Soltanov, Rauf Allahverdiyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00.
 
Sumqayıt-2 – Kəpəz 0:1
Qol: Nodar Məmmədov, 50-pen.
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
"Kapital Bank Arena" (ehtiyat meydança), 13:00.
 
Qaradağ Lökbatan – Keşlə-2 0:1
Qol: Samir Abdullayev, 8.
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Rövşən Rəcəbov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
 
22 oktyabr
 
Sabah-2 – Zaqatala 2:0
Qol: Fərid Kərimzadə, 74. Kamran Quliyev, 82.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Fərid Hacıyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00.
 
Neftçi-2 – MOİK 2:2
Qol: Elton Əlibəyli, 45+3. Məhəmməd Məhərrəmov, 83 – ülvi Əliyev, 3. Elvin Nəsibov, 64.
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 14:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest