Almaniyanın "Borussiya" klubunun futbolçusu Manuel Akanci koronavirusdan sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
İsveçrəli müdafiəçinin sonuncu koronavirus testi neqativ çıxıb. Bu üzdən də 25 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest