Futbol üzrə Slovakiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Ştefan Tarkoviç çalışdıracaq.
 
Bu barədə Slovakiya Futbol Federasiyası məlumat yayıb. 47 yaşlı mütəxəssis bir neçə gün öncə istefaya göndərilmiş Pavel Hapalı əvəz edib.
 
Tarkoviç 2018-ci ildə də bu komandanı qısa müddət çalışdırıb. Ondan öncəki beş il ərzində isə o, millidə köməkçi məşqçi kimi fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest