La Liqanın 6-cı turunda "Valensiya" ilə matçda (2:1) sıradan çıxan futbolçunun sağalma müddətinin zədənin sonrakı vəziyyətindən asılı olacağı bildirilib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal"ın futbolçusu Dani Parexo zədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
La Liqanın 6-cı turunda "Valensiya" ilə matçda (2:1) sıradan çıxan futbolçunun sağalma müddətinin zədənin sonrakı vəziyyətindən asılı olacağı bildirilib.
 
Qeyd edək ki, İspaniya təmsilçisinin müdafiəçisi Pervis Estupinyan və hücumçu Jerar Moreno da zədə səbəbindən qarşıdakı turları, eyni zamanda Avroliqada "Qarabağ"la Bakıda keçiriləcək matçı buraxacaq. Koronavirusa yoluxan müdafiəçi Sofian Şakla isə müalicə alır.
 
Xatırladaq ki, "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da Bakıda qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest