"Baş məşqçi ilə yollar ayrılsaydı, bunu yeni qərar hesab etmək olardı. Axı Qurbanov işinin başındadı"

"Sənan Qurbanovun klubla müqaviləsi var və hazırda vəzifəsini icra edir". Bu sözləri matç.az saytına açıqlamasında "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı deyib.

Mövsümə uğursuz başlayan bölgə təmsilçisində baş məşqçi dəyişikliyinin mümkünlüyü vurğulanırdı. Yayılan məlumatlara görə, bu gün klubdaxili iclas keçirilib və Qurbanovun postunda qalması qərara alınıb.

Lakin Səfiyarlı bunu qəti şəkildə təkzib edib. O, heç bir iclasın baş tutmadığını deyib: "Klubda ilcasın olması ilə bağlı xəbərlər doğru deyil. Guya iclas keçirilib və baş məşqçinin qalması qərara alınıb. Baş məşqçi ilə yollar ayrılsaydı, bunu yeni qərar hesab etmək olardı. Axı Qurbanov işinin başındadı. Klubda baş məşqçinin ayrılması gündəmdə deyil".

Qeyd edək ki, Topaz Premyer Liqasının VII turunda "Zirə" ilə səfər qarşılaşmasından (0:1) sonra Sənan Qurbanov əsəbləşərək mətbuat konfransına qatılmamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest