"Sumqayıt"la Azərbaycan Premyer Liqasının 6-cı turunun səfər matçında (1:2) vurulan qol "Zirə"nin tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, bu top klubun bütün turnirlərdə vurduğu ümumilikdə 250-ci qoldur.
 
Sumqayıtdakı görüşədək 249 dəfə rəqib qapısına yol tapan "qartallar"ın yubiley qoluna Davit Volkov imza atıb. Bu, "Zirə"nin ümumilikdə 197-ci oyununda gerçəkləşib. Komandanın orta məhsuldarlığı 1,27-yə bərabərdir.
 
250 qoldan 167-si Premyer Liqada, 55-i Birinci Divizionda, 23-ü Azərbaycan kubokunda, 5-i Avropa Liqasında qeydə alınıb.
 
Qeyd edək ki, "Zirə" evdə 137, səfərdə 113 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest