Filipp Kokunun müqaviləsinə bu gün rəsmən xitam verən "Fənərbaxça" yeni baş məşqçisini də artıq tapıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhəngi Ərsun Yanalla ortaq məxrəcə gəlib.

Tərəflər arasındakı sözləşməyə görə, Yanal maaşının yarısını bəribaşdan, yarısını isə komandanın performansına görə alacaq. Yəni təcrübəli mütəxəssisin məvacibində dəyişiklik də edilə bilər. Bu gün və ya sabah onun komandanın rəsmən "sükanı arxası"na keçməsi gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Superliqada 15 turdan sonra 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest