"Xal ehtiyatımız azdı. Təhlükəli zonada olduğumuzdan "Rostov" üzərində qələbə çox vacib idi". Matç.az saytı xəbər verir ki, bunu "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç deyib.

Samara təmsilçisi Rusiya Premyer Liqasının XVII turunda "Rostov" üzərində qələbə qazanaraq (1:0) turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Klubun rəsmi saytına müsahibə verən Bojoviç daha uğurlu çıxış edəcəklərini bildirib.

Serbiyalı mütəxəssis "Krılya Sovetov"da çıxış edən Azərbaycan millisinin hüumçusu Ramil Şeydayev haqda da danışıb: "Komandanın oyununu yenidən qurmağa çalışırıq. "Krılya Sovetov"un "sükanı arxası"na keçməzdən əvvəl futbolçular haqda məlumatlar topladım, oyunlarını izlədim. Futbolçular haqda fikirlər dəyişir ki, bu da normaldı. Bir futbolçunu meydanda görməklə hər gün ünsiyyətrə olmaq arasında böyük fərq var. Eləsi var ki, onun barəsində mənfi, eləsi də var ki, müsbət fikirdə olursan. çalışdığım bütün oyunçular arasında Ramil Şeydayevi fərqləndirərdim. O, meydanda olduğundan daha çox şansa layiqdi. ümid edirəm ki, bu durumu dəyişmək üçün imkan olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest