18 may 1971-ci ildə Bakı şəhərində anadan olmuş Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə Premyer Liqa matçlarına təyinat alıb.

Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, turun "Neftçi" – EKOL oyunundan əvvəl FİFA referisi Elçin Səmədlinin hakim karyerasını başa vurması ilə bağlı mərasim baş tutub.

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi ilə Səmədliyə təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.

18 may  1971-ci ildə Bakı şəhərində anadan olmuş Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə Premyer Liqa matçlarına təyinat alıb.

2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən E. Səmədli 2008-2018-ci illərdə futzal üzrə FİFA referisi olub.

İndiyədək futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kuboku yarışında 1150-dən çox oyun idarə etmiş referi FİFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb. Səmədli UEFA-nın I kateqoriyasına qədər yüksəlməyi bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest