Futbol üzrə İngiltərə Premyer Liqasında 5-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, turun açılış matçında Mersisaydın iki təmsilçisi – “Everton” və “Liverpul” komandaları üz-üzə gəlib. Dörd qolun qeydə alındığı derbidə qalib müəyyənləşməyib.
 
“Çelsi” bu turda “Sauthempton”la üz-üzə gəlib. Londonda baş tutan və altı qolun vurulduğu bu matçda da qalib müəyyənləşməyib. “Mançester Yunayted” isə “Nyukasl”ı sınağa çəkib. “Qırmızı şeytanlar” böyük hesabla qələbə qazanıblar.
 
Turun mərkəzi görüşündə “Mançester Siti” doğma meydanda “Arsenal”ı qəbul edib. “Şəhərlilər” bu oyundan minimal hesabla qalib ayrılıblar.
 
İngiltərə Premyer Liqası
5-ci tur
17 oktyabr
 
Everton – Liverpul 2:2
Qol: M.Kin, 19. Kalvert, 81 – Mane, 3. Salah, 72.
 
Çelsi – Sauthempton 3:3
Qol: Verner, 15; 28. Haverts, 59 – İnqs, 43. Adams, 57. Vesterqaard, 90+2.
 
Mançester Siti – Arsenal 1:0
Qol: Sterlinq, 23.
 
Nyukasl – Mançester Yunayted 1:4
Qol: Şou, 2-öz qapısına – Maquayr, 23. B.Fernandes, 86. Van-Bissaka, 90. Reşford, 90+6.
 
18 oktyabr
 
15:00 Şeffild Yunayted – Fulhem
17:00 Kristal Pelas – Brayton
19:30 Tottenhem – Vest Hem
22:15 Lester – Aston Villa
 
19 oktyabr
 
20:30 Vest Bormviç – Bernli
23:00 Lids – Vulverhempton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest