Futbol üzrə Türkiyə Super Liqasında 5-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Açılış matçında "Rizəspor" "Ankaragücü"nü qəbul edib. Səkkiz qolluq oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb. 
 
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sivasspor" bu turda "Kayserispor" səfərinə yollanıb və inamlı qələbəyə sevinib. 
 
"Konyaspor" – "Yeni Malatyaspor" matçında qalib müəyyənləşməyib. 
 
Səfərdə "Trabzonspor"la qarşılaşan son çempion "Başakşəhər" isə bu mövsüm ilk qələbəsini bayram edib.
 
Türkiyə Super Liqası
5-ci tur
17 oktyabr
 
Rizəspor – Ankaragücü 5:3
Qol: Fernando, 19. Boldrin, 45+1. Remi, 55; 62; 78 – Peyntsil, 6; 16. Borven, 44.
 
Kayserispor – Sivasspor 1:3
Qol: Kanqa, 52 – Z.Erdal, 29. Yatabare, 61. Fajr, 83.
 
Konyaspor – Yeni Malatyaspor 1:1
Qol: Kravets, 84 – Z.Yavru, 59.
 
Trabzonspor – Başakşəhər 0:2
Qol: İ.Kahveci, 32. Vişça, 54.
 
18 oktyabr
 
14:30 Hatayspor – Ərzurumspor
17:00 Antalyaspor – Qaziantep
17:00 Fatih Karagümrük – Kasımpaşa
20:00 Göztəpə – Fənərbaxça
 
19 oktyabr
 
21:00 Qalatasaray – Alanyaspor
21:00 Gənclərbirliyi – Dənizlispor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest