Ermənistanın "Lokomotiv" klubunun futbolçusu Erik Saryan ölüb.
 
Matc.az xəbər verir ki, 18 yaşlı futbolçu Ermənistan silahlıları və Azərbaycan ordusu arasında Qarabağda davam edən döyüşlərdə ölüb. Bu barədə İrəvan klubunun mətbuat xidməti məlumat yayıb.
 
Yeri gəlmişkən, Ermənistan Premyer Liqasında 9-cu turun bu günə nəzərdə tutulan "Noa" - "Lori" matçı baş tutmayacaq. Buna səbəb qonaq komandada koronavirusa kütləvi yoluxma halının aşkarlanmasıdır. Vanadzor təmsilçisinin heyətində 7 nəfər infeksiyaya yoluxduğu üçün qarşılaşma təxirə salınıb.
 
Qeyd edək ki, Ermənistan Futbol Federasiyasının bayrağı altında keçirilən bütün yarışlar Dağlıq Qarabağ münaqişəsinə görə sentyabrın 29-dan dayandırılıb. Məcburi fasilə bu gün başa çatacaq.
 
Azərbaycan ordusu ilə düşmən tərəfi arasında sentyabrın 27-də başlayan gərgin döyüşlər davam edir. Uğurlu hərbi əməliyyatlar keçirən Azərbaycan ordusu bir çox kəndi, Suqovuşanı, Cəbrayıl, Füzuli şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest