"Barselona"nın kapitanı Lionel Messi Premyer Liqada oynamağa yaxın olub. Matc.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, argentinalı oyunçu ilə "çelsi" maraqlanıb.

Məlumata görə, London klubu 2014-cü ildə Messini heyətinə qatmaq niyyətində olub. Joze Mourinyonun rəhbərlik etdiyi klub udluz futbolçu üçün "Barselona"ya 250, özünə isə illik 55 milyon avro təklif edib.

İddiaya görə, Messi də bu təklifə müsbət yanaşıb. O, İspaniyadakı vergilərdən qurtulmaq üçün Kataloniya təmsilçisindənayrılmağı düşünüb. Ancaq hücumçunun atası onu fikrindən daşındırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest