"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller klubun tarixinə düşüb. Matç.az saytının məlumatına görə, o, buna çempionlar Liqasının (çL) qrup mərhələsində "Ayaks"la oyunda nail olub.

Az öncə start götürən qrupun son tur görüşündə meydana daxil olan Müller Bundesliqa çempionunda 105-ci çL matçına çıxıb. Bununla o, münhenlilərin sabiq kapitanı Filipp Lama çatıb. Hazırda Müller və Lam "Bavariya"nın heyətində çempionlar Liqasında ən çox iştirak edən futbolçu ünvanını daşıyırlar. Müller daha bir oyunda meydana çıxmaqla rekordu ələ keçirəcək.

Qeyd edək ki, "Ayaks" - "Bavariya" oyununda hesab 0:0-dı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest